Ana səhifə / İdman / ÇL: 1/4 final mərhələsinə yüksələn sonuncu 2 klub da məlum oldu ÇL: 1/4 final mərhələsinə yüksələn sonuncu 2 klub da məlum oldu 16.03.2023, 06:30 Əziz Əzizli Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. "Operativ Media" xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib. Turnirin son qalibi "Real" evdə İngiltərə "Liverpul"unu qəbul edib. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb. Günün digər oyununda "Napoli" Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunu məğlub edib. Bu nəticələrdən sonra "Real" və "Napoli" adını 1/4 final mərhələsinə yazdırıb. UEFA Çempionlar Liqası 1/8 final, cavab oyunları 15 mart 00:00. "Real" (İspaniya) - "Liverpul" (İngiltərə) - 1:0 Qol: Kərim Benzema, 78 İlk oyun - 5:2 00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" Frankfurt (Almaniya) - 3:0 Qol: V.Osimhen, 45+2, 53, P.Zelinski, 64 (pen.) İlk oyun - 2:0 Teqlər: "ÇL: 1/4 final mərhələsinə yüksələn sonuncu 2 klub da məlum oldu"