Quti Kviça Kvaratsxeliaya formasını göndərdi

Nərmin Qocamanlı
Quti Kviça Kvaratsxeliaya formasını göndərdi

 Quti söz verdiyi kimi, Khviça Kvaratsxeliaya formasını göndərib.

"Operativ Media" xəbər verir ki, "Napoli`nin bazasında hədiyyəni qəbul edən gürcüstanlı futbolçu sabiq yarımmüdafiəçinin məktubunu da oxuyub:

"Çox sağ ol ki, futbolumu sevdin. Sənin oyunun xeyli uşağı özünə sevdirəcək. Ümid edirəm ki, futbolka xoşuna gələcək və bütün arzuların reallaşacaq. Səni "Real Madrid"də gözləyirəm. Tezliklə görüşəcəyimizə ümid edirəm".

Khviça isə bunları deyib:

"Formaya və məktuba görə ona çox təşəkkür edirəm. Sən futbol əfsanəsisən. Bu gün mənim üçün vacib hadisə yaşandı".

Digər xəbərlər