ADY: Qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görülür
Xəbərlər redaksiyası
Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.
Operativ Media-ya bu barədə ADY-dən məlumat verilib.
"Ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və onların təhlükəsiz hərəkəti üçün işçi heyətin köməyi ilə çalışır, platformalarda xüsusi örtüklər salınıb.
Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.
Sərnişləri platformalarda hərəkət zamanı diqqətli olmağa, dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq", - məlumatda qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net