Menyu

İslam Səfərli küçəsinin piyada yönümlü formata keçirilməsi üçün işlər aparılır

Operativ Media
İslam Səfərli küçəsinin piyada yönümlü formata keçirilməsi üçün işlər aparılır

Paytaxt sakinləri və şəhərə gələn qonaqların sıx istifadə etdiyi ərazilərdən sayılan İslam Səfərli küçəsinin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda intensiv işlər aparılır.

Bu barədə Operativ Media-ya  Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bütün küçə boyu mövcud kommunikasiya xəttləri tam yenilənib.

"İslam Səfərli küçəsi ərazisində abadlıq-quruculuq işləri davam etdirilir, həmin ərazidə piyada zonası yaradılır,küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işiq dirəkləri quraşdırılmasına başlanılıb.

Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb. Ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdan çox ərazini əhatə edir.

Qeyd edək ki, həyata keçirilən bu layihə təkcə şəhər estetikasının yaxşılaşdırılmasına deyil, həm də piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər