Menyu

Gəncə sakini dəm qazından zəhərlənib

Operativ Media
Gəncə sakini dəm qazından zəhərlənib

Gəncədə qadın dəm qazından zəhərlənib.

Operativ Media xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Ş.Əsgərova huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona müayinə zamanı zəhərlənmə diaqnozu təyin edilib.

Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Fakt araşdırılır.

Əlaqəli Xəbərlər