Menyu

Şəmkirə güclü qar yağıb - FOTO

Operativ Media
Şəmkirə güclü qar yağıb - FOTO
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Operativ Media-nın məlumatına görə, Azərbaycanın qərb bölgələrində güclü qar yağışı müşahidə olunur. Şəmkir rayonunun dağlıq və dağətəyi ərazilərində yağan intensiv qar nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.

Qərb bölgəsinə daxil olan Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy və digər rayonların ucqar kəndlərində də güclü qar yağıb, bəzi ərazilərdə yollar buz bağlayıb.

Sinoptiklərin proqnozuna əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 11-i axşam saatlarınadək davam edəcək. Fevralın 12-13-də isə havanın mülayimləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi və temperaturun yüksələcəyi gözlənilir.

Fotogalereya

Əlaqəli Xəbərlər