http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb

16 Mart 2023 , 11:29
Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən paytaxtın Binəqədi rayonu, Cavadxan küçəsi, 51 ünvanında yerləşən “Xəzər tikinti-2004” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Xəzər tikinti-2004” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin müvafiq akt tərtib edilərək yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.

OXŞAR XƏBƏRLƏR
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

XƏBƏR LENTİ
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Menyu