Menyu

"Mançester Siti" və "Mançester Yunayted" De Zerbi ilə maraqlanır

Operativ Media
"Mançester Siti" və "Mançester Yunayted" De Zerbi ilə maraqlanır

"Marsel"in keçmiş baş məşqçisi Roberto De Zerbi İngiltərənin ən yaxşı klublarından birinin baş məşqçisi ola bilər.

Operativ Media xəbər verir ki, Jurnalist Ben Ceykobs məlumat yayıb.

Mənbənin məlumatına görə, 46 yaşlı italiyalı mütəxəssis Premyer Liqaya qayıtmaqda maraqlıdır. Onun namizədliyi potensial olaraq Xosep Qvardiolanın ayrılacağı "Mançester Siti" və mövsümün sonuna qədər Maykl Kerrikin çalışdıracağı "Mançester Yunayted" tərəfindən nəzərdən keçirilir.

Fevralın 11-də "Marsel" De Zerbini istefaya göndərib. Fevralın 8-də komanda Liqa 1-in 21-ci turunda PSJ-yə ağır məğlubiyyətlə üzləşib (0:5). "Marsel" həmçinin Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilmədilər.

Bundan əvvəl De Zerbi "Brayton", "Şaxtyor", "Sassuolo", "Benevento" və "Palermo"nu çalışdırıb.

Əlaqəli Xəbərlər