Menyu

Rusiya və Ukrayna müvəqqəti atəşkəsə razılaşıb

Operativ Media
Rusiya və Ukrayna müvəqqəti atəşkəsə razılaşıb
1 dəq oxu

ABŞ Rusiya və Ukrayna arasında Xerson vilayətinin Oleşki şəhəri ərazisində humanitar yardımın çatdırılması və mülki əhalinin təxliyəsi məqsədilə müvəqqəti atəşkəs barədə razılaşma əldə olunmasına nail olub.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin oktyabrın 23-də yaydığı bəyanatda bildirilib.

Məlumata görə, atəşkəs oktyabrın 29-dan qüvvəyə minəcək.

Bəyanatda qeyd olunub ki, ABŞ-nin birinci xanımı Melaniya Trampın səyləri nəticəsində tərəflər humanitar yardımın çatdırılmasını və mülki əhalinin xüsusi humanitar dəhliz vasitəsilə təxliyəsinə hazırlıq görülməsini təmin etmək üçün Oleşki ərazisində hərbi əməliyyatları müvəqqəti dayandırmağa razılaşıblar.

"Oleşki sakinləri elektrik enerjisi ilə məhdud şəkildə təmin olunur, minalanmış yolların əhatəsində yaşayır və müntəzəm hərbi hücumlara məruz qalırlar. Mənim müdaxiləm olmadan şəhərə humanitar yardımın çatdırılmasının və yaşlı insanların təxliyəsinin mümkün olmayacağı tam aydın idi”, - Melaniya Tramp qeyd edib.

Qeyd edək ki, Rusiyanın nəzarətində olan Oleşki şəhəri Ukraynanın cənubunda, Xerson vilayətində yerləşir.

Müharibədən əvvəl burada 24 min nəfərlik əhali yaşayıb, indi onların sayı təxminən 1700-2000 ətrafındadır.

Əlaqəli Xəbərlər