15 istiqamətdə tıxac müşahidə olunur - SİYAHI
Paytaxt Bakının 15 küçə və prospektində tıxac müşahidə olunur.
Operativ Media xəbər verir ki bu barədə NİİM məlumat yayıb.
Tıxac müşahidə olunan istiqamətlər aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
11. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
12. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
13. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
14. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
15. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.