Menyu

"Marsel" baş məşqçi namizədlərini müəyyənləşdirib

Operativ Media
"Marsel" baş məşqçi namizədlərini müəyyənləşdirib
1 dəq oxu

Marsel" klubunun baş məşqçisi vəzifəsinə bir neçə namizəd müəyyənləşdirib.

Operativ Media "Foot Mercato"ya istinadən xəbər verir ki, hazırda əsas namizəd Həbib Beyedir. Fevralın 9-da "Rennes" klubu onun qovulduğunu elan edib.

"Marsel" həmçinin hazırda Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna rəhbərlik edən Serxio Konseysonun təyin edilməsi variantını da araşdırır.

Fevralın 11-də "Marsel" 2024-cü ildən komandada olan Roberto De Zerbinin istefasını elan edib. Fevralın 8-də "Marsel" Liqa 1-in 21-ci turunda PSJ-yə ağır məğlubiyyətlə üzləşib (0-5). "Marsel" həmçinin Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Əlaqəli Xəbərlər