Menyu

İngiltərə nəhəngləri “Tromso”nun 19 yaşlı futbolçusu ilə maraqlanır

Operativ Media
İngiltərə nəhəngləri “Tromso”nun 19 yaşlı futbolçusu ilə maraqlanır

“Mançester Yunayted” və “Çelsi” Norveçin “Tromso” klubunda çıxış edən 19 yaşlı qambiyalı müdafiəçi Abubacarr Sedi Kintehi yay transfer pəncərəsində heyətlərinə qatmağı nəzərdən keçirirlər.

Operativ Media xəbər verir ki, İngiltərə nəhənglərinin marağı ilə bağlı xəbərlər yayıldıqdan sonra İsveçrənin “Bazel” və “Yanq Boyz” klubları da vəziyyəti dəyərləndirməyə başlayıb. Hər iki komanda futbolçu üçün daha tez – qış transfer dönəmində təklif irəli sürmək ehtimalını nəzərdən keçirir.

Qeyd edək ki, İsveçrədə transfer pəncərəsi fevralın 16-dək açıq olacaq.

Əlaqəli Xəbərlər