Səfirlik: Heydər Əliyev Mərkəzinin ABŞ bayrağının rəngləri ilə işıqlandırılması dostluğumuzun rəmzidir
Operativ Media
Heydər Əliyev Mərkəzi Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensin şərəfinə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Bu gözəl jest ABŞ–Azərbaycan tərəfdaşlığının güclü və inkişaf edən xarakterini əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcək və qarşılıqlı rifah naminə ortaq öhdəliyimizin güclü simvoludur", - deyə paylaşımda qeyd edilib