"Real Madrid"in müdafiəçisi karyerasını İngiltərədə davam etdirmək istəyir
Operativ Media
"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger yay transfer pəncərəsində İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.
Operativ Media xəbər verir ki, artıq agentlər “Real Madrid”in müdafiəçisi ilə bağlı mümkün transfer üçün İngiltərə klubları ilə ilkin təmaslara başlayıblar.
Madrid təmsilçisi ilə müqaviləsi iyun ayında başa çatacaq 31 yaşlı futbolçu azad agent statusu qazanacaq. “Çelsi”nin sabiq oyunçusunun karyerasını yenidən Premyer Liqada davam etdirmə ehtimalı yüksək qiymətləndirilir.