Menyu

Azərbaycan millisinin üzvləri məktəblilərlə görüşüblər

Operativ Media
Azərbaycan millisinin üzvləri məktəblilərlə görüşüblər

Bu gün Kərim Kərimov adına 8 saylı tam orta məktəbin dəvəti əsasında qızların futbola marağının artırılmasına yönəlmiş tədbir çərçivəsində görüş keçirilib.

Operativ Media xəbər verir ki, Səbail rayonu üzrə Məktəbli Qızlar Turnirində iştirak edən komanda ilə baş tutan görüşdə məktəbin direktoru Aytən Baxşıyeva, AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva və departamentin əməkdaşları, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov, eləcə də millinin futbolçuları iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd qızlar arasında futbolun inkişafının təşviqi, idmana marağın artırılması və sağlam həyat tərzinin təbliği olub. Görüş zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, gənc idmançılara motivasiyaedici tövsiyələr verilib.

Əlaqəli Xəbərlər