Gəncədə 20 yaşlı gəncin xəsarət almasının səbəbi açıqlanıb - YENİLƏNİB
Operativ Media
Gəncədə 20 yaşlı oğlanın xəsarət alması ilə bağlı bəzi detallar məlum olub.
Operativ Media "Unikal"a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ruhi-əsəb dispanserində qeydiyyatda olan C. Əliyevin özünə xəsarət yetirdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
20:10
Gəncə şəhərində 20 yaşlı gəncə qarşı zorakılıq hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici-deşici alətlə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib.
İlkin məlumata əsasən, o əvvəlcə döyülüb, daha sonra isə kəsici-deşici alətlə yaralanıb.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net