Beyləqanda hərbi qulluqçu dəm qazından zəhərlənərək ölüb
Operativ Media
Beyləqan rayonunda hərbi qulluqçu dəm qazından zəhərlənərək həyatını itirib.
Operativ Media xəbər verir ki, 1996-cı il təvəllüdlü Qərib Qəribov Beyləqan şəhəri ərazisində kirayə götürdüyü yaşayış evində İran sobasının nasazlığı nəticəsində yaranan dəm qazından zəhərlənərək ölüb.
Bildirilir ki, mərhum əslən Şəki rayonundandır.
O, Beyləqana yeni təyinatla göndərilib və müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) kimi xidmət göstərib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.