Ana səhifə / Ölkə / Naftalanda yaşayış evində kişi meyiti tapılıb Naftalanda yaşayış evində kişi meyiti tapılıb 11.02.2026, 23:01 Operativ Media Naftalanda yaşayış evində 54 yaşlı kişinin meyiti aşkarlanıb. Operativ Media xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb. Bildirilib ki, Laçın rayon sakini, 1972-ci il təvəllüdlü R. Həsənovun meyiti Naftalanda yaşadığı evdə tapılıb. Ölümün səbəbi hələ məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.