Ana səhifə / Ölkə / İtkin düşmüş şəhidin nəşi 34 il sonra tapılıb İtkin düşmüş şəhidin nəşi 34 il sonra tapılıb 11.02.2026, 23:22 Operativ Media Sabirabadın Qaratəpə kənd sakini, I Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Rəsul Ağayevin nəşi tapılıb. Operativ Media xəbər verir ki, şəhid R. Ağayev 1992-cı ildən etibarən itkin hesab olunurdu. 34 il sonra nəşi tapılan şəhidimiz evli idi, bir qız övladı yadigar qalmışdı. Hazırda şəhidimizin adın daşıyan Rəsul adında nəvəsi var. Şəhid R. Ağayevin nəşinin gələn həftə doğulduğu Qaratəpə kənd qəbirstanlığında dəfn olunacağı gözlənilir. (Unikal)