"Real Madrid" almaniyalı müdafiəçi ilə maraqlanır
Operativ Media
Dortmund "Borussiya"sının müdafiəçisi Niko Şlotterbek "Real"a keçə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid klubu 26 yaşlı alman futbolçunu hədəfləyir və onun üçün 40-50 milyon avro təklif etməyə hazırdır. "Real Madrid"in maraq dairəsində olan oyunçu, 2027-ci ildə başa çatacaq müqavilənin uzadılması ilə bağlı "Borussiya" ilə danışıqları dayandırıb.
Qeyd olunur ki, futbolçu mart ayında "Borussiya" rəhbərliyinə qəti cavab verəcək.
Şlotterbek 2022-ci ildən bəri "Borussiya Dortmund"da oynayır. Bu mövsüm o, bütün turnirlərdə 26 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib.
"Transfermarkt" onun dəyərini 55 milyon avro qiymətləndirir.