Menyu

"İnter" erməni futbolçu ilə müqaviləni uzatmaq istəyir

Operativ Media
"İnter" erməni futbolçu ilə müqaviləni uzatmaq istəyir
1 dəq oxu

"İnter" yarımmüdafiəçi Henrix Mxitaryanla müqaviləni uzatmaq niyyətindədir.

Operativ Media bu haqda "Tuttosport"a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Milan klubu 37 yaşlı erməni futbolçu ilə müqaviləni 2027-ci ilin iyun ayının sonuna qədər uzatmağı düşünür.

Yarımmüdafiəçinin "İnter"lə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Mxitaryan 2022-ci ildən "İnter"də oynayır. Bu mövsüm o, bütün turnirlərdə 24 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər