"Arsenal"ın yarımmüdafiəçisi yenidən zədələndi
Operativ Media
"Arsenal"ın yarımmüdafiəçisi Kay Havertz əzələ zədəsi alıb və bir neçə həftə oynaya bilməyəcək.
Operativ Media xəbər verir ki, bu haqda jurnalist David Orsteinin X sosial şəbəkəsində paylaşım edib.
26 yaşlı alman futbolçu "Brentford", "Vigan" (FA Kubokunda), "Vulverhempton" və "Tottenhem"ə qarşı oynamayacaq.
Oyunçu diz zədəsindən sonra yalnız ötən ay "topçular"ın heyətinə qayıtmışdı və son dörd matçda meydana çıxa bilmişdi.
"Arsenal"da həmçinin zədə səbəbindən Mikel Merino, Martin Odeqaard, Bukayo Saka və Maks Dauman da yoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net