Menyu

Lionel Messi yoldaşlıq oyununda zədələndi

Operativ Media
Lionel Messi yoldaşlıq oyununda zədələndi

"İnter Mayami"nin hücumçusu Lionel Messi Ekvadorun "Barselona" klubuna qarşı yoldaşlıq oyununda (2:2) zədələnib.

Operativ Media xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

38 yaşlı argentinalı sol budunda əzələ gərilməsi səbəbindən 11 fevralda baş tutan məşqdə iştirak etməyib. Dəqiq sağalma müddəti əlavə müayinələrdən sonra müəyyən ediləcək.

Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədərdir. "Transfermarkt" oyunçunun dəyərini 15 milyon avro olaraq qiymətləndirir.

Messi ötən mövsüm bütün turnirlərdə 49 oyunda 43 qol vurub və 26 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər