Menyu

“Microsoft” şirkətinin Rumıniya, Moldova və MDB üzrə baş meneceri ilə görüş keçirilib

Operativ Media
“Microsoft” şirkətinin Rumıniya, Moldova və MDB üzrə baş meneceri ilə görüş keçirilib

Fevralın 11-də İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətinin Rumıniya, Moldova və MDB üzrə baş meneceri ilə keçirilən görüşdə potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Operativ Media-ya bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Microsoft” şirkətinin Rumıniya, Moldova və MDB üzrə baş meneceri Qabriela Popesku ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, rəqəmsal iqtisadiyyatın inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ölkəmizdə innovasiya ekosisteminin gücləndirilməsi, texnoloji təcrübənin tətbiqi və digər sahələr üzrə əməkdaşlıq potensialı qeyd olunub.

Tərəflər ölkəmizdə rəqəmsal həllərin tətbiqi, süni intellekt texnologiyalarının inkişafı, kadr potensialının artırılması, eləcə də sənaye və dövlət sektorunda rəqəmsal texnologiyaların tətbiqinə dair nümunələri nümayiş etdirən Rəqəmsal Bacarıq Mərkəzinin (Digital Capability Center) yaradılması üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. “Microsoft”la işbirliyi çərçivəsində birgə layihələrin reallaşdırılması, həmçinin qarşılıqlı maraq doğuran digər sahələr üzrə potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, “Microsoft” qlobal miqyasda proqram təminatı, bulud texnologiyaları, süni intellekt, informasiya təhlükəsizliyi və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən aparıcı texnologiya şirkətlərindən biridir. Şirkət dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərir və innovativ texnoloji məhsul və xidmətləri ilə rəqəmsal transformasiyanın sürətləndirilməsinə töhfə verir.


Əlaqəli Xəbərlər