Menyu

Vətəndaş hərbi biletini itiribsə, yenisini necə ala bilər?

Ayşən Sadıxzadə
Vətəndaş hərbi biletini itiribsə, yenisini necə ala bilər?

Hərbi bilet hər bir çağırışçı və hərbi vəzifəli şəxs üçün mühüm rəsmi sənəddir. Bu sənəd vətəndaşın hərbi qeydiyyat vəziyyətini təsdiqləməklə yanaşı, bir sıra hüquqi və inzibati prosedurlarda da tələb olunur. Lakin bəzi hallarda hərbi biletin itirilməsi və ya korlanması halları ilə rastlaşmaq mümkündür. Belə vəziyyətdə vətəndaşların hansı addımları atmalı olduğu və onları hansı hüquqi məsuliyyətin gözlədiyi məsələsi aktual mövzulardandır. Mövcud qanunvericilik bu hallarla bağlı konkret qaydalar və məsuliyyət tədbirləri müəyyən edib. 

Mövzu ilə bağlı hüquqşünas Xanlar Sətullayev Operativ Media-ya açıqlamasında prosedurun detallarını izah edib.

O bildirib ki, əgər vətəndaş hərbi biletini itirdikdə polisə müraciət edərək müvafiq arayş alır və həmin arayışa şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini əlavə edərək qeydiyyatda olduğu SHXÇDX-nin şöbəsinə yaxınlaşıb cərimə ödəyir. Bundan sonra ona yeni hərbi bilet verilir:

“İnzibati Xətlar Məcəlləsinin 607-ci maddəsinə görə, Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq edilir və ya iki yüz manat məbləğində cərimə edilir:

“Həmçinin qeyd edim ki, hərbi bilet korlandığı halda polisə müraciət etməyə ehtiyac yoxdur, vətəndaşlar müvafiq cəriməni ödəyib yeni hərbi bilet ala bilərlər”.

Əlaqəli Xəbərlər