Menyu

Bakı Atletika Mərkəzində yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək

Operativ Media
Bakı Atletika Mərkəzində yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək

Bakı Atletika Mərkəzində 2011-2012-ci il təvəllüdlü atletlərin iştirakı ilə qapalı məkanda ölkə birinciliyi təşkil olunacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Atletika Federasiyasından bildirilib.

Proqrama əsasən idmançılar müxtəlif məsafələrə qaçış, hündürlüyə tullanma, nüvə itələmə, uzunluğa tullanma və estafet növlərində qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə fevralın 13-14-də keçiriləcək.

Fotogalereya

Əlaqəli Xəbərlər