Menyu

AYNA: 206 nömrəli marşrut üzrə müasir avtobuslar fəaliyyət göstərir

Operativ Media
AYNA: 206 nömrəli marşrut üzrə müasir avtobuslar fəaliyyət göstərir

Sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə 206 nömrəli müntəzəm marşrut xəttinə komfortlu avtobuslar cəlb edilib.

Operativ Media-ya bu barədə AYNA-dan məlumat verilib.

Bu gündən şəhərətrafı marşrut xəttində 10 müasir avtobus fəaliyyətə başlayıb və 12 dəqiqə intervalla sərnişinlərin xidmətindədir. 

Metronun “Elmlər Akademiyası” stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrutda ödənişlər nağdsız qaydada həyata keçirilir. Gedişhaqqı 0,60 AZN təşkil edir.

Əlaqəli Xəbərlər