Menyu

Azərbaycan çempionatında 1/8 finalın ilk partiyaları: Favoritlər xal itkisi yaşadı

Operativ Media
Azərbaycan çempionatında 1/8 finalın ilk partiyaları: Favoritlər xal itkisi yaşadı

Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk partiyaları keçirilib.

Operativ Media xəbər verir ki, turnirin reytinq favoriti Şəhriyar Məmməyarov Murad İbrahimliylə, ötən ilki çempion Rauf Məmmədov isə Şiroğlan Talıbovla heç-heçə oynayıb. Eltac Səfərli Kamal Ağasiyevi, Aydın Süleymanlı Rəhim Qasımovu, Məhəmməd Muradlı Rəvan Əliyevi, Read Səmədov Paşam Əlizadəni, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovu məğlub edib. Nicat Abasov ilk partiyada Xaqan Əhmədə uduzub.

Qadın şahmatçıların yarışında bütün oyunlar məhsuldar alınıb. Ötən ilin çempionu Günay Məmmədzadə Nərmin Kazımovanı, Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zəhra Allahverdini məğlub edib. Digər görüşlərdə Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova qələbə qazanıb. 

Bu gün yarışda 1/8 finalın cavab partiyaları oynanılacaq. Qeyd edək ki, “Landmark” Biznes Mərkəzində təşkil olunan Azərbaycan çempionatında yarışlar hər gün saat 15-də başlayır.

Əlaqəli Xəbərlər