Menyu

AFFA rəsmiləri Millətlər Liqasının püşkatma mərasiminə qatılacaqlar

Operativ Media
AFFA rəsmiləri  Millətlər Liqasının püşkatma mərasiminə qatılacaqlar

Bu gün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək UEFA Konqresi və Millətlər Liqasının püşkatma mərasimində iştirak edəcək AFFA nümayəndələri bəlli olub.

Milli Assosiasiyadan Operativ Media-ya  bildirilib ki, konqresə AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov qatılacaqlar. Tədbir Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Püşkatma mərasimində bu iki AFFA rəsmisi ilə yanaşı, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və direktoru İlqar Qurbanov iştirak edəcəklər. Bu tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, püşkatma mərasimində Azərbaycan millisinin D Liqasındakı rəqibləri məlum olacaq. Komanda püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Burada 6 ölkənin yığması hərəsində 3 komanda olan 2 qrupa bölünəcək. Komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matç keçirəcəklər. D Liqasında mübarizə aparacaq 4 milli komanda məlumdur. Digər iki yığma bu ilin mart ayında təşkil olunacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.

 

Əlaqəli Xəbərlər