Azərbaycan Bişkekdə keçiriləcək yeni formatlı beynəlxalq güləş turnirində iştirak edəcək
Şəfa Hüseynli
Fevralın 13-də Bişkekdə beynəlxalq Super 4 Güləş (S4W) turniri keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə "Kabar" məlumat yayıb.
Jashtyk İdman Arenasında keçiriləcək tədbirdə dörd dünya səviyyəli idmançının tək çəki dərəcəsində çempionluq kəməri uğrunda mübarizə aparacağı yeni bir yarış formatı təqdim olunacaq.
Qırğızıstan, Rusiya, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Monqolustan, Yaponiya, ABŞ və Bolqarıstandan aparıcı güləşçilərin iştirakı gözlənilir.
Gələn il ərzində dünyanın müxtəlif paytaxt şəhərlərində dörd S4W turnirinin keçirilməsi planlaşdırılır və Bişkek yeni formatlı beynəlxalq yarışa ev sahibliyi edən ilk şəhərlərdən biridir.