"Air Astana" Bakıya reyslərin sayını artıracaq
Operativ Media
"Air Astana" Novruz bayramı ərəfəsində Bakıya reyslərin sayını artıracaq.
Operativ Media xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Məlumata görə, 15 mart 2026-cı il tarixindən etibarən Almatı–Bakı–Almatı reysləri cümə axşamı və bazar günləri həyata keçiriləcək. Aprel ayından etibarən uçuşların tezliyi həftədə üç dəfəyə çatdırılacaq, may ayından isə reyslər həftədə 4 dəfə — bazar ertəsi, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.
Atyrau–Bakı reysləri 18 mart tarixindən etibarən bazar ertəsi, çərşənbə və şənbə günləri, aprel ayından isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.