Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də yayımlanacaq
AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.
Operativ Media xəbər verir ki, XV tur çərçivəsində fevralın 13-də keçiriləcək “Sumqayıt” – “Araz-Naxçıvan” (13:30) və fevralın 14-də baş tutacaq “Dirçəliş” – “Şəfa” (14:30) görüşü platformada göstəriləcək.
Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:
“Sumqayıt” – “Araz-Naxçıvan”
“Dirçəliş” – “Şəfa”
Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.