"Tottenhem" baş məşqçi postuna Simeoneni gətirmək istəyir
Operativ Media
"Tottenhem" nümayəndələri "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone ilə əlaqə saxlayıblar.
Operativ Media xəbər verir ki, bu haqda "Indykaila News" məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu argentinalı mütəxəssisin yayda istənilən təklifi nəzərdən keçirməyə hazır olduğuna dair cavab alıb.
"Tottenhem" daha əvvəl 2025-ci ilin yayından bəri komandaya rəhbərlik edən Tomas Frankı istefaya göndərmişdi. Simeone 2011-ci ildən "Atletiko"nun baş məşqçisidir.
26 turdan sonra "Tottenhem" Premyer Liqanın turnir cədvəlində 29 xalla 16-cı yerdədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net