"Liverpul" "Milan"ın amerikalı hücumçusunu transfer etmək istəyir
Operativ Media
"Liverpul" "Milan"ın hücumçusu Kristian Pulişiçlə maraqlanır.
Operativ Media xəbər verir ki, bu haqda jurnalist Nikola Şkira məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə klubu 27 yaşlı amerikalı futbolçunun "Milan"dakı vəziyyətini izləyir. Oyunçu İtaliya klubundakı mövqeyindən məmnundur, lakin "Milan"ın hələ təklif etmədiyi müqavilənin 2027-ci ilin yayına qədər uzadılmasını gözləyirdi.
Qeyd edək ki, "Milan"ın 2028-ci ilə qədər birtərəfli müqavilə müddətini uzatmaq imkanı var.
Pulişiç 2023-cü ildən bəri "Milan"da oynayır. Bu mövsüm o, bütün turnirlərdə 20 oyunda iştirak edib, 10 qol vurub və iki məhsuldar ötürmə edib.
"Transfermarkt" onun dəyərini 60 milyon avro qiymətləndirir.