Menyu

Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək yollar açıqlanıb

Operativ Media
Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək yollar açıqlanıb

14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) gecə saatlarında müxtəlif istiqamətlərdə yolun hansı hissələrində məhdudiyyətin tətbiq edilməsini bu xəritə vasitəsi ilə izləyə bilərsiniz.

Operativ Media xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Qeyd edək ki, 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində, 15 fevral tarixində isə həmin saatlarda “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.


Əlaqəli Xəbərlər