Menyu

"Bavariya"nın hücum üçlüsü yeni rekorda imza ata bilər

Operativ Media
"Bavariya"nın hücum üçlüsü yeni rekorda imza ata bilər

Almaniya nəhəngi “Bavariya”nın hücum xətti 2025/2026 mövsümündə möhtəşəm performans sərgiləyir.

Operativ Media xəbər verir ki, Harri Keyn, Luis Dias və Maykl Olisedən ibarət üçlük mövsüm hələ başa çatmamış ümumilikdə 112 qol vurub.

Bu göstərici futbol tarixində mövsümün hazırkı mərhələsi üçün ən məhsuldar hücum üçlüləri siyahısında üçüncü pilləyə yüksəlməyə imkan verib. Siyahıya 2015/2016 mövsümündə 122 qolla “Barselona”nın Messi–Suares–Neymar tandemi başçılıq edir. İkinci pillədə isə 2010/2011 mövsümündə 117 qol vuran Villa–Messi–Pedro üçlüyü qərarlaşıb.

“Bavariya”nın hazırkı hücum xətti isə artıq 112 qolla həmin rekordlara ciddi təhlükə yaradıb. Mövsümün hələ davam etdiyini nəzərə alsaq, Münhen təmsilçisinin həm 117, həm də 122 qol həddini keçərək yeni tarixi rekord müəyyənləşdirməsi real görünür.

Keynin sabit qol instinkti, Diasın sürəti və Olisenin kreativ oyunu “Bavariya”nı bu mövsüm Avropanın ən təhlükəli hücum xəttlərindən birinə çevirib.

Əlaqəli Xəbərlər