Azərbaycanın U-18 yığması Belarusda beynəlxalq turnirə qatılacaq
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi fevralın 13-dən 16-dək təlim-məşq toplanışı keçəcək.
Operativ Media xəbər verir ki, hazırlıq prosesi Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.
Daha sonra yığma fevralın 17-dən 24-dək Belarusun paytaxtı Minskdə reallaşacaq Beynəlxalq İnkişaf Turnirinə qatılacaq.
Turnirdə 8 komanda 2 qrupda yarışacaq. Milli B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
Bakı toplanışı üçün U-18-ə dəvət alan futbolçular və oyunların təqvimi ilə sizi tanış edirik. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.
19 fevral
13:50. Azərbaycan – Rusiya
20 fevral
14:20. Azərbaycan – Özbəkistan
21 fevral
16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Qeyd edək ki, fevralın 23-də həlledici görüşlər keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.
