UEFA öz konqresində Rusiya komandalarının diskvalifikasiyası məsələsini müzakirə etməyib
Operativ Media
UEFA-nın Rusiya milli komandalarının və klublarının yarışlardan kənarlaşdırılması məsələsində mövqeyi dəyişməyib.
Operativ Media xəbər verir ki, bunu Brüsseldə keçirilən konqresdən sonra UEFA prezidenti Aleksandr Çeferin jurnalistlərə açıqlamasında deyib.
"UEFA-nın mövqeyi aydındır və dəyişməyib, amma biz vəziyyəti izləyirik. Gələcəkdə nə olacağını görəcəyik. FİFA və ya hökumətlərin dediklərinə şərh verə bilmərəm", - deyə o, bildirib.
Fevralın 2-də FIFA prezidenti Canni İnfantino "Sky"a verdiyi açıqlamada təşkilatın Rusiya komandalarına qoyulan qadağanı aradan qaldırmağı düşünməli olduğunu bildirib.
Rusiya klubları və milli komandaları 2022-ci ilin yazından etibarən FIFA və UEFA turnirlərində iştirak etməkdən məhrum edilib.