Menyu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri üçün WUF13-ə həsr olunnmuş məlumatlandırma sessiyası təşkil olunub

Operativ Media
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri üçün WUF13-ə həsr olunnmuş məlumatlandırma sessiyası təşkil olunub

2026-cı il fevralın 12-də Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri üçün şəhərsalma, dayanıqlılıq prinsipləri və Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunnmuş məlumatlandırma sessiyası təşkil olunub.

Operativ Media xəbər verir ki, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən sessiyada 100-ə yaxın QHT nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində iştirakçılara WUF13-ün proqramı və yenilikləri barədə təqdimat keçirilib. Sessiya zamanı şəhərsalma və dayanıqlılıq sahəsində qlobal çağırışlar, şəhərlərin karbon izinə təsir edən amillər və qabaqcıl beynəlxalq təcrübələr müzakirə olunub.

Tədbirdə müasir dövrdə iqlimə davamlı şəhər sistemləri, mənzil təminatı, şəhər mobilliyinin əhəmiyyəti, eləcə də vətəndaşlar üçün əlçatan və inklüziv şəhər inkişafı ilə bağlı təqdimatlar edilib.

Müzakirələr zamanı iştirakçılar dayanıqlı şəhər inkişafında vətəndaş cəmiyyətinin rolu və bu sahəyə verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər