https://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

BŞİH: Bakının mərkəzi küçələrində aparılan abadlıq işləri yaxın vaxtlarda yekunlaşacaq

16 Mart 2023 , 14:00
55
BŞİH: Bakının mərkəzi küçələrində aparılan abadlıq işləri yaxın vaxtlarda yekunlaşacaq

Bakının mərkəzi küçələrində aparılan abadlıq işləri yaxın vaxtlarda yekunlaşacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə  Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlığı əsasında paytaxtın küçə və prospektlərinin abadlaşdırılması üzrə işlər davam etdirilir.

Bakı şəhərinin küçə və prospektlərində insanların, xüsusilə əlilliyi olan şəxslərin sərbəst hərəkətini təmin etmək üçün səkilər əsaslı təmir olunur, panduslar quraşdırılır, hərəkətə maneə yaradan hallar aradan qaldırılır. Səkilər boyunca gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün hiss edilən plitələr döşənir, yeni işıq dirəkləri quraşdırılır. Həmçinin, birgə monitorinqlər zamanı aşkar olunan çatışmazlıqlar aradan qaldırılır, parklarda və küçə kənarlarında qazon ortüyü yenilənir, yeni güllər əkilir, ağaclar budanır, mövcud işıq dirəkləri və məhəccərlər yuyularaq rənglənir.

Abadlıq işlərinin ilkin olaraq paytaxtın Rəşid Behbudov, Dilarə Əliyeva, 28 May küçələrində yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur. Artıq digər bir neçə ünvanda da anoloji işlərə start verilib.

OXŞAR XƏBƏRLƏR
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

Bayramda əfv niyə olmadı? - AÇIQLAMA

XƏBƏR LENTİ 0
  • 00:27

    Azərbaycan Avroviziya-2023-də birinci yarımfinalda çıxış edəcək
  • Dünən
    23:57

    Ərdoğan Putinlə danışıqlar aparacaq
  • Dünən
    23:18

    FED uçot dərəcəsini artırıb
  • Dünən
    22:02

    Şahzadə Uilyam Ukrayna sərhədi yaxınlığındakı hərbi bazaya səfər edib
  • Dünən
    21:50

    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
    Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
  • Dünən
    21:42

    Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb
  • Dünən
    21:31

    Rişi Sunak 433 min funt sterlinqə yaxın vergi ödəyib
  • Dünən
    21:21

    Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Menyu