Menyu

Adı "Qarabağ"la hallanan futbolçu "Feyenord"a keçdi

Operativ Media
Adı "Qarabağ"la hallanan futbolçu "Feyenord"a keçdi

Niderlandın “Feyenoord” komandası İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinqi heyətinə qatıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

Sterlinq ötən ay “Çelsi” ilə olan müqaviləsinə xitam verib. O, karyerası ərzində ölkəsində “Liverpul”, “Mançester Siti” və “Arsenal” kimi klubların şərəfini qoruyub.

Əlaqəli Xəbərlər