İtaliya A Seriyasında çıxış edən "Napoli" klubunun nigeriyalı hücumçusu Viktor Osimhen 2015-ci ildə bir azarkeş tərəfindən "Fənərbaxça" klubuna təklif olunub.
"Operativ Media" xəbər verir ki, tviter hesabında "Fənərbaxça" klubunun paylaşımına rəy yazan Mihraç Kaya adlı azarkeş Osimheni komandasına təklif edib.
"Nigeriya U 17-də Osimhen adlı bir uşaq var. Tam bizlik oyunçudur. Ümid edirəm skaut komandası məşğul olar".
Qeyd edək ki, Viktor Osimhen İtaliya A Seriyasında bombardirlik cədvəlinə başçılıq edir.