Lixtenşteyn millisinin baş məşqçisi Azərbaycanla keçiriləcək oyunlardan danışıb
Operativ Media
Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfstük UEFA Millətlər Liqasındakı püşkə münasibətini bildirib.
Operativ Media xəbər verir ki, o,rəqiblərə hörmət etdiyini qeyd edib.
"Litva və Azərbaycan artıq C Liqasından düşmüş iki komandadır və mütləq mümkün qədər tez ora qayıtmaq istəyəcəklər. Buna görə də motivasiyalı olacaqlarını gözləyirəm. Çətinliyi qəbul edirik və bu maraqlı matçları səbirsizliklə gözləyirik."
Lixtenşteyn Azərbaycanla cəmi beş dəfə qarşılaşıb. Sonuncu dəfə 2013-cü ildə neytral meydanda 0-1 hesablı minimal hesabla məğlub olub. Daha iki məğlubiyyət, bir heç-heçə və Lixtenşteynin 1998-ci ildə hazırda dünyada 127-ci yerdə olan Azərbaycana qarşı tarixi ilk beynəlxalq qələbəsi də qeydə alınıb.