Erlinq Holann klub tarixində daha bir rekorda imza atdı
Operativ Media
"Mançester Siti" klubunun hücumçusu Erlinq Holann bütün dövrlərin ən yaxşı bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.
Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı norveçli futbolçu fevralın 11-də İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində "Fulhem" ilə keçirilən və 3:0 hesabı ilə başa çatan oyunda fərqlənib.
Holann “şəhərlilər”in heyətində keçirdiyi 183 oyunda 153 qol vuraraq klub tarixində dördüncü ən məhsuldar futbolçu olub. O, bu göstərici ilə 152 qola imza atan Billi Meredith və Joe Hayesi, həmçinin eyni sayda qol müəllifi olan Colin Belli geridə qoyub.
Norveçli forvard hazırda yalnız Tommi Conson (166 qol), Erik Bruk (177 qol) və Serxio Aquerodan (260 qol) geri qalır.