Menyu

Ançelotti Braziliya milli komandası ilə yeni müqavilə imzalayacaq

Operativ Media
Ançelotti Braziliya milli komandası ilə yeni müqavilə imzalayacaq

Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası (CBF) ilə dörd illik yeni müqavilə imzalamağa hazırlaşır.

Operativ Media xəbər verir ki, bu haqda "The Athletic" qəzeti məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, sənədlər hələ rəsmi şəkildə hazırlanmayıb. Lakin bu məsələ hazırda yalnız formal prosedur kimi qiymətləndirilir.

Ançelotti 2025-ci ilin mayında baş məşqçi vəzifəsində Dorival Junioru əvəzləyib. O, Braziliya milli komandasının tarixində bu posta təyin olunan ilk əcnəbi mütəxəssisdir.

Braziliya millisi 2026-cı il dünya çempionatının final mərhələsində Mərakeş (13 iyun), Haiti (19 iyun) və Şotlandiya (24 iyun) yığmaları ilə eyni qrupda mübarizə aparacaq.

Əlaqəli Xəbərlər