İngiltərə klubu kamerunlu futbolçu üçün 115 milyon avro istəyir
Operativ Media
PSJ "Brayton" və Kamerun millisinin yarımmüdafiəçisi Karlos Balebanı transfer etməkdə maraqlıdır.
Operativ Media xəbər verir ki, bu haqda "Fichajes" məlumat yayıb.
Mənbənin məlumatına görə, PSJ skautları 22 yaşlı yarımmüdafiəçini 2026-cı ilin yayı üçün əsas transfer hədəflərinin qısa siyahısına daxil ediblər.
Futbolçunu transfer etməkdə "Çelsi", "Tottenhem" və "Nyukasl" da maraqlıdır.
"Brayton" oyunçu üçün 115 milyon avrodan çox pul almaq niyyətindədir. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
"Transfermarkt" oyunçunun transfer dəyərini 60 milyon avro olaraq qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net