Menyu

Premyer Liqa klubu hücumçusu ilə müqaviləni uzatdı

Operativ Media
Premyer Liqa klubu hücumçusu ilə müqaviləni uzatdı
1 dəq oxu

 "Brentford" hücumçusu İqor Tiaqo ilə yeni müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı braziliyalı ilə yeni müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub və müqavilənin daha bir mövsüm uzadılması da mümkündür.

İqor Tiaqo 2024-cü ilin yayında "Brügge"dən "Brentford"a keçib. Bu mövsüm o, bütün turnirlərdə 27 oyun keçirib, 18 qol vurub və 1 məhsuldar ötürmə edib. 17 qolla o, Premyer Liqanın bombardiri yarışında yalnız "Mançester Siti"nin oyunçusu Erlinq Holandan geri qalır. Norveçli 22 qol vurub.

Əlaqəli Xəbərlər