Azərbaycan Güləş Federasiyası aşağı yaş qruplarında məşqçi dəyişikliklərini açıqladı
Operativ Media
Azərbaycanın yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibi yenidən formalaşıb.
Azərbaycan Güləş Federasiaysından Operativ Media-ya verilən məlumata görə, U-20 millisinin böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib.
Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcəklər.
U-17 milli komandanın böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov gətirilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.
U-15 milli komandada böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net