Böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək
Operativ Media
Fevralın 16-da böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Operativ Media xəbər verir ki, yarışda 38 klub və idman cəmiyyətini təmsil edən 242 cüdoçu (211 kişi, 31 qadın) 12 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.