Menyu

"Bavariya" fransalı müdafiəçi ilə müqaviləni uzatdı

Operativ Media
"Bavariya" fransalı müdafiəçi ilə müqaviləni uzatdı
1 dəq oxu

"Bavariya" fransalı müdafiəçi Dayo Upamekano ilə müqavilənin müddətini uzadıb.

Operativ Media xəbər verir ki, klub futbolçu ilə 30 iyun 2030-cu ilədək qüvvədə olacaq yeni sözləşmə imzaladığını açıqlayıb.

Mövsümün sonunda müqaviləsi başa çatmalı olan Upamekanonun adı Avropanın bir sıra nəhəng klubları, o cümlədən "Real Madrid" ilə hallanırdı.

2021/22 mövsümündən etibarən Almaniya təmsilçisinin formasını geyinən 27 yaşlı mərkəz müdafiəçisi bu müddətdə 3 dəfə Bundesliqa, 3 dəfə isə Almaniya Superkubokunun qalibi olub.

Upamekano 5 il əvvəl "Leypsiq" klubundan "Bavariya"ya transfer edilib. O, bu vaxtadək Münxen təmsilçisinin heyətində 180 rəsmi oyunda iştirak edib, 6 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər